İrandan Azərbaycana piyada gələn şəxsin üzərindən həb tapılıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd "Metadon" adlı həb aşkar olunub.

Xatırladaq ki, "Metadon" "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 3 ədəd həbdə "Metadon"un təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edib.report

DİGƏR XƏBƏRLƏR

Top