Çin və ABŞ liderləri 7 saatdan çox danışıblar

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp birgə görüş zamanı 7 saatdan çox danışıblar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ÇXR-nin xarici işlər naziri Van İ deyib. Onun sözlərinə görə, bu görüş yeni ABŞ administrasiyasının hakimiyyətə gəlişindən sonra ÇXR və ABŞ liderləri arasında ilk şəxsi görüş olub: “Tərəflər Çin-Amerika məsələləri və qarşılıqlı maraq doğuran vacib beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi aparıblar, bir çox məsələlər üzrə əhəmiyyətli konsensus əldə ediblər”.

V. İ qeyd edib ki, tərəflər yüksək səviyyədə 4 dialoq mexanizminin qurulmasını açıqlayıblar: “Təhlükəsizlik və diplomatiya üzrə dialoq, hərtərəfli iqtisadi dialoq, hüquq-mühafizə sahəsində və kiber məkanda təhlükəsizlik üzrə dialoq, habelə sosial və mədəniyyət sahəsində dialoq. Təhlükəsizlik və diplomatiya, eləcə də iqtisadiyyat üzrə dialoq mexanizmlərinin işinə start verilib”.

Xatırladaq ki, D. Tramp və S. Cinpin aprelin 6-7-də Floridada görüşüblər. Aprelin 7-də iki ölkə liderlərinin danışıqları baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top