62 yaşlı kişi özünü tövlədə asdı​

Zərdab rayonunda intihar hadisəsi baş verib. Bu barədə Zərdab rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Babayev Əbdülməmməd Əbdülhəmid oğlu yaşadığı evin həyətindəki tövlənin tavanından özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Trend

DİGƏR XƏBƏRLƏR

Top