Vaxtı keçmiş avtobus Gədəbəydə buzlu yolda sürüşdü: 1 ölü, 4 yaralı

Xəbər verildiyi kimi, Gədəbəydə ölümlə nəticələnən avtomobil qəzası baş verib. “Yeniavaz.com”un APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dəyə Qarabulaq kəndinə gedən yolda qeydə alınıb.

Rayon mərkəzindən kənd istiqamətində hərəkət edən “KAvZ” markalı avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtobusun sürücüsü 1966-cı il təvəllüdlü Vüqar Alıməmmədov hadisə yerində ölüb. Maşında olan sərnişinlərdən 5 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib.

Avtobus qəzasında ağır yaralanan şəxs Bakıya gətirilib. "Kavz" markalı avtobusun aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 1969-cu il təvəllüdlü İbrahimov Niftalı Şəmil oğlu Bakıdakı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, 50 yaşlı Vüqar Alıməmmədovun idarə etdiyi və istismar müddəti başa çatmış 21 BA 974 dövlət qeydiyyat nişanlı avtobus yolun buzlu olması səbəbindən aşıb. http://ads2.newmedia.az/www/delivery/lg.php?bannerid=5584&campaignid=887&zoneid=446&OABLOCK=86400&OASCAP=1&loc=http%3A%2F%2Fnews.lent.az%2Fnews%2F260659&referer=http%3A%2F%2Fnews.lent.az%2F&cb=a35721550a

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top