Telman İsmayılovun borcu artdı

Moskva Arbitraj Məhkəməsi Azərbaycan əsilli biznesmen, Çerkizovsk bazarının keçmiş sahibi Telman İsmayılovdan 1,6 milyard rubldan çox vəsait almağa çalışan “BM-Bank”ın (VTB qrupuna daxildir) iddiasını əsaslı sayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu məbləğ kreditorların tələbləri reyestrinə daxil edilib. Kredit strukturu 9 iyul 2015-ci ildən 28 avqust 2016-cı il tarixinədək toplanmış kreditlər üzrə faizləri sahibkara qarşı müflisçilik prosedurunun tətbiq edilməsi dövründə almağı istəyir. Kreditorlar reyestrinə “BM Bank”ın T. İsmayılova qarşı 17,4 milyard rubl məbləğində tələbi artıq daxil edilmişdi.

Xatırladaq ki, martın 9-da Moskvanın Arbitraj məhkəməsi T. İsmayılovu müflis elan edib. Məhkəmə, həmçinin T. İsmayılovun əmlakının reallaşdırılması proseduruna başlanılmasına qərar verib. Məhkəmə Valeri Kubelunu borclunun maliyyyə idarəçisi qismində təsdiq edib və onun hesabatını sentyabrın 6-da təyin edib. 2016-cı ilin avqustunda Moskva Arbitraj məhkəməsi VTB qrupuna daxil olan BM-Bankın ( əvvəlki adı Bank Moskva) T. İsmayılovun müflisləşməsi haqqında bəyanatını əsaslı hesab edərək ona qarşı borcların restrukturizasiyasını tətbiq edib, biznesmeninin bank qarşısında təqribən 17,4 milyard dollar borcunu kreditorların tələblər reyestrinə daxil edib. T. İsmayılov 2009-cu ildə Moskvada sahibi olduğu Çerkizovsk bazarının fəaliyyəti ilə bağlı iradlarla üzləşmişdi. Orada çoxsaylı pozuntular aşkar edildikdən sonra bazar bağlandı.

DİGƏR XƏBƏRLƏR

Top