Ərdoğanın mitinqinə gedənləri daşıyan avtobus aşdı: ölənlər var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Adana mitinqinə gedənləri daşıyan avtobus aşıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, sürücünün idarəetməni itirməsilə avtobusun aşması nəticəsində 3 nəfər həlak olub, 30 nəfər də yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını bölgədə müşahidə edilən güclü yağış səbəbilə yaranmış sel suları qarşısında hərəkət edə bilməyib. Təcili yardım maşınını və digər avtomibilləri xilas etmək üçün işlər aparılır.

DİGƏR XƏBƏRLƏR

Top