
İsveçin baş naziri Stefan Leven Stokholmun mərkəzində yük avtomobilinin insanların üzərinə sürülməsini terror aktı adlandırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o bildirib ki, İsveçə hücum edilib. S. Leven qeyd edib ki, hər şey terror aktının törədilməsindən xəbər verir. Polis Stokholmun mərkəzində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində ən azı iki nəfər həlak olduğunu bəyan edib. Yaralıların sayı dəqiqləşdirilir. Şahidlərin sözlərinə görə, yük avtomobili yüksək sürətlı piyada küçəsində gəzən insanları vuraraq mağazının vitrininə çırpılaraq dayanıb. Polis hücumu törədən şübhəlini saxlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz