Lukaşenko: Məgər Dağlıq Qarabağda insanlar yaxşı yaşayırlar?

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, MDB postsovet məkanında münaqişələrin həlli üzrə aktiv mövqe tutmalıdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, A. Lukaşenko MDB çərçivəsində Dnestryanı, Dağlıq Qarabağ və Donbass problemlərinin həll edilməli olduğunu diqqətə çatdırıb. O bildirib: “Lakin biz bunu etmirik. Bəzən bunu müxtəlf maraqlar olduğuna görə etmirik. Problemi isə həll etmək lazımdır”. A. Lukaşenkonun sözlərinə görə, bu münaqişələrin həllində insanların maraqlarından çıxış edilməlidir: “Məgər Dağlıq Qarabağda insanlar mütəmadi olaraq müəyyən hərbi problemlərə məruz qalaraq yaxşı yaşayır? Onlar sadəcə yaşayırlar və gözləyirlər ki, sabah nəsə olacaq, Allah görsətməsin, bomba başlarına düşəcək. Bu normaldır? Bu, normal deyil. Bu, kimə sərf edir? Heç kimə! Gələcəyə baxmazdan əvvəl MDB-də üzdə dayanan bu məsələləri həll etmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top