Marqvelaşvili: "Qara dənizin təhlükəsizliyi Gürcüstandan başlayır"

Gürcüstan Qara dəniz hövzəsinin təhlükəsizliyinin təmin edilməsində fəal iştirak etməlidir. "Yeniavaz.com"un nevsgeorgıa.ge-yə istinadən verdiyi məlumata görə, bu sözləri parlamentdəki çıxışında prezident Georgı Marqvelaşvili deyib. O NATO üzvü dövlətləri Brüsseldə keçiriləcək növbəti sammitdə Gürcüstanın Qara dənizlə bağlı mövqeyini toplantı iştirakçılarına çatdırmağa çağırıb: "Qara dənizin təhlükəsizliyi Gürcüstandan başlayır. Qara dənizin təhlükəsizliyinin təmin edilməsi bölgədə uzunmüddətli iqtisadi əməkdaşlığa və möhkəm sabitliyə yol açacaq. Ona görə də Gürcüstanın Qara dənizdə təhlükəsizlik arxitekturasının yaradılması prosesində fəal iştirak etməsi təmin edilməlidir. Unutmaq olmaz ki, ötən il Varşavada keçirilən NATO sammitində Gürcüstanın NATO-ya üzv olması imkanları prioritet sahə elan edilib və həmçinin ölkəmizi Qara dənizin təhlükəsizliyi ilə bağlı strateji dialoqda iştirak etməyə dəvət ediblər. Gürcüstan NATO üzvü olmadığından sammitdə iştirak edə bilməyəcək. Ona görə də mən mən NATO üzvü ölkələrə müraciət edirəm: Sammitdə bizim səsimiz olun". Marqvelaşvili qeyd edib ki, Avropanın təhlükəsizliyi Qara dənizdən və Gürcüstandan başlayır.

DİGƏR XƏBƏRLƏR

Top