Rusiya Suriyanı ABŞ-ın zərbələrindən qoruyacaq

Rusiya ABŞ-ın Suriya ərazisinə zərbələr endirməsindən sonra bu ölkədə hava hücumundan müdafiə sisteminin möhkəmləndirilməsi və səmərəliliyinin artırılması üzrə fəaliyyət planı hazırlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Suriya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin möhkəmləndirilməsi və səmərəliliyinin artırılması üzrə kompleks tədbirlər reallaşdırılacaq. İ. Konaşenkov qeyd edib ki, bu, Suriyanın daha həssas infrastruktur obyektlərinin qorunması üçün edilir.

DİGƏR XƏBƏRLƏR

Top