Türkiyəyə düşən Suriya qırıcısının pilotu həbs edildi

2017-ci il martın 4-də Türkiyənin Hatay vilayətinə düşən Suriya Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-21” qırıcı təyyarəsinin pilotu polkovnik Mehmet Sufhan həbs edilib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 56 yaşlı pilotun Hatay dövlət xəstəxanasında təqribən 1 ay davam edən müalicəsi başa çatıb. Pilota qarşı sərhədi pozmaq və casusluq fəaliyyəti üzrə ittaham sürülmüşdü. M. Sufhan müalicəsi başa çatdıqdan sonra həmin ittiham üzrə həbs edilərək Hatay həbsxanasına yerləşdirilib.

Xatırladaq ki, martın 4-də Suriyaya məxsus “MİQ-21” qırıcı təyyarəsi Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb. Pilot qəzadan öncə katapult edə bilib. Polkovnik rütbəli pilot M. Sufhan qəza yerindən 40 kilometr aralıda tapılıb. 56 yaşlı pilot ilkin ifadəsində İdlib bölgəsinə hava zərbələri endirmək üçün Əl-Lazqiyyədən havaya qalxdığını, ancaq bu zaman vurulduğunu qeyd edib. “MİQ-21” təyyarəsinin Suriyadakı müxaliflər tərəfindən yerdən açılan atəş nəticəsində vurulduğu iddia edilirdi. Lakin Suriya hökuməti bunu təkzib edərək, təyyarənin texniki nasazlıq səbəbindən düşdüyünü ehtimal edirdi.

DİGƏR XƏBƏRLƏR

Top