Müğənni bacıların maşınla vurduğu şəxsin nəvəsindən AÇIQLAMA

Sevinc-Sevil bacılarının törətdiyi qəzada ağır yaralanan Söhrab Ağayevin nəvəsi babasının son durumu ilə bağlı açıqlama verib. Hazırda xəstəxanada babasının yanında olan gənc bildirib ki, S.Ağayev reanimasiyadadır və vəziyyəti ağır-stabildir. O bildirib ki, babası ötən gecə indi olduğu özəl klinikaya kçürülüb: "Kim istəyər ki, belə bir iş olsun. Babamın ölmünü yox, sağalmağını gözləyirik. Babamın reanimasiyadan palataya köçürülməsi çox tezdir”.

S.Ağayevin nəvəsi deyib ki, müğənni bacılar xəstəxana xərcləri ilə bağlı onlara maddi yardım edirlər: “Bizim o qızlardan şikayət etmək fikrimiz yoxdur”.lent.az

DİGƏR XƏBƏRLƏR

Top