Ermənistanda diviziya komandiri qəzada ağır yaralanıb

Ermənistanın Kotayk vilayətində yüksək vəzifəli hərbçi avtomobil qəzasına düşüb. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, Nor-Qexi-Arqel avtomobil yolunda 34 TF 494 nömrəli "Mersedes" avtomobili idarəetməni itirərək yolun əks itiqamətinə çıxaraq aşıb. Nəticədə maşında olan iki nəfər ağır yaralanıb. Yaralıları tibbi yardım mərkəzinə gətirərək onları əməliyyat masasına uzadıblar. Araşdırma zamanı məlum olub ki, "Mersedes"in sərnişinlərdən Karen M adlı biri podpolkovnikdir və o N hərbi hissəsində diviziya komandiri işləyir. Onun vəziyyəti həkimlər tərəfindən orta-ağır hesab edilir. Qəzaya səbəbin sürücünün bir anlığa diqqətinin yayınması olduğu ehtimal edilir. Hazırda hüquq-mühafizə orqanları baş verən hadisəni araşdırırlar. Baş verən hadisə ilə bağlı sürücü barədə cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top