Tovuzda 2 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Tovuz rayonunda yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun 429 kilometrliyində, Tovuz rayonunun Düzqırıxlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-21011" markalı maşınla toqquşub. Nəticədə sürücülər və üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sürücülərin vəziyyəti normal, sərnişinlərin - Düzqırıxlı kənd sakini, 1966-cı il təvəllüdlü Nazilə Mahmud qızı Quliyeva, Düzqırıxlı kənd sakini, 1985-ci il təvəllüdlü Leya Mübariz qızı Mehdiyeva və Təbriz Dəmir qızı Mehdiyevanın vəziyyətləri isə orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top