İslamiadada futbol yarışlarının püşkü atılıb

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışlarının püşkü atılıb. Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası A qrupuna düşüb. Yaşar Vahabzadənin baş məşqçi olduğu komandanın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş olub. B qrupunda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yer alıb. Qeyd edək ki, futbol yarışları mayın 8-dən başlanacaq. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpazlama üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top