“WhatsApp” yeni xidmət göstərəcək

“WhatsApp” rəhbərliyi pul köçürmələri xidmətini işə salmağı planlaşdırır. “Yeniavaz.com”un “rg.ru” saytına istinadən verdiyi məlumata görə, əvvəlcə bu imkan yalnız Hindistanda əlçatan olacaq. Bununla da “WhatsApp” nümayəndələri Hindistanda rəqəmsal kommersiyanın inkişafına böyük töhfə vermək istəyirlər. Mütəxəssislər iddia edirlər ki, “WhatsApp” istifadəçi bazasını monetarlaşdırmağın yollarını axtarır. “Facebook” “WhatsApp” messencerini satın aldıqdan sonra tətbiq getdikcə populyarlaşmağa başlayıb və hazırda təqribən 1,2 milyard akkaunt sahibinə malikdir. “WhatsApp”-da pul köçürmək istəyənlərdən nə qədər komissiya haqının alınacağı bəlli deyil. Servisin UPI banklararası ödəniş sisteminin bazasında işləyəcəyi güman edilir.

DİGƏR XƏBƏRLƏR

Top