Yaxın günlərdə KTMT-yə yeni baş katib seçiləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni Baş katibin seçilməsi məsələsi yaxın günlərdə həll ediləcək. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə,bu barədə mətbuata açıqlamasında KTMT-nin mətbuat xidmətinin rəhbəri Vladimir Zaynutdinov deyib. Onun sözlərinə görə, artıq KTMT-nin yeni Baş katibinin kim olacağı barədə məsələ quruma üzv ölkə rəhbərləri arasında razılaşdırılıb. Lakin Zaynutdinov yeni baş katibin adını açqlamayıb və bunun onun səlahiyyətinə aid olmadığını vurğulayıb. Qeyd edək ki, rotasiya yolu ilə KTMT-nin yeni Baş katibinin Ermənistan nümayəndəsinin olması nəzərdə tutulur. Lakin müəyyən səbəblər üzündən KTMT-nin yeni Baş katibinin seçilməsi məsələsi hər dəfə təxirə salınır. Xatırladaq ki, KTMT-nin yeni Baş katibi 2016-cı ilin oktyabr ayında Yerevanda keçirilən toplantıda seçilməli idi. Lakin Nazarbayevin bu iclasda iştirak etməməsi səbəbindən KTMT-yə yeni baş katib seçilməsi məsələsi baş tutmadı. Növbəti toplantıda isə Lukaşenko iştirak etmədi. Nəticədə yenə baş katibin seçilməsi növbəti sammitə saxlanıldı. KTMT-nin növbəti sammitinin isə yaxın günlərdə keçirilməsi nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top