“Borussiya” Dortmund öz futbolçusunu 100 min avro cərimələdi

“Borussiya” Dortmund rəhbərliyi hücumçu Pyer-Emerik Obameyanqı “Şalke-04” ilə oyunda (1:1) qol sevinci zamanı hörümçək-insan maskasından istifadə etdiyinə görə cərimələyib. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən istinadən verdiyi məlumata görə, maska “Nike” firmasından olub, halbuki “Borussiya”nın texniki sponsoru “Puma” şirkətidir. “Borusiyya” rəhbərliyi 27 yaşlı futbolçunu 100 avro məbləğində cərimələyib. Qalmaqal oyundan sonra növbəti gün, aprelin 2-də baş verib. Həmin vaxt mətbuatda cərimə barədə danışılırdı, lakin məbləğ açıqlanmırdı.

DİGƏR XƏBƏRLƏR

Top