Peterburqda yaşayış evində partlayış: sakinlər təxliyyə edilir

Sankt-Peterburq şəhərinin Nevski rayounundakı yaşayış evinin sakinləri partlayışdan sonra təxliyyə edilir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu şəhərin Fövqəladə Hallar Nazirliyindən deyiblər. Nazirlikdən bildiriblər ki, qeyd edilən ünvanda güclü gurultu səsi eşidilib, binanın üz hissəsi dağılıb: “Hadisə yerinə təcili xidmət briqadaları yola düşüblər”. Hadisə nəticəsində heç kəs xəsarət almayıb, bir avtomobil zərər görüb. Nevski rayon administrasiyasının başçısı Konstantin Serov bildirib ki, insident tikinti işləri ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top