Avropa Məhkəməsi 11 azərbaycanlı ərizəçinin işi üzrə qərarını elan etdi

"Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 11 azərbaycanlı ərizəçinin işi üzrə qərarlarını elan edib. Onlardan 9 ərizəçinin hüquqlarını mən müdafiə edirdim". "Yeniavaz.com" xəbər verir ki, bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil ərizəçilərlə də bağlı məlumat verib: "Səxavət Mehdiyev - mənəvi və maddi zərərə görə kompensasiya 6480 avro. Azər Sadıqov 6480 avro, Osman Əhmədov 6480 avro, Tuncay Quliyev 6000 avro, Cavid Hacıbəyli - 6000 avro, Tural Sadıqlı 6000 avro, Kamalə Xəlilova 6000 avro, Orxan Əyyubzadə 6000 avro, Vüsal Bayramov 8850 avro".

Vəkil qeyd edib ki, bu işlər üzrə ümumilikdə hüquqi xidmətə görə əlavə olaraq 9400 avro ayrılıb: "Digər vəkillərin apardıqları daha iki iş üzrə də qərarlar elan olunub - Xədicə İsmayılova - mənəvi ziyana görə 6000 avro, üstəlik, hüquqi xidmətə görə 2000 avro. Cavid Qarayev - mənəvi ziyana görə 4000 avro, üstəlik, hüquqi xidmətə görə 2000 avro. Ödəniləcək kompensassiyaların cəmi 81 min 690 avrodur".

"Beləliklə, bu günə qədər Avropa Məhkəməsinə göndərdiyim 325 şikayətdən qələbə ilə yekunlaşan işlərin sayı 106-ya çatdı",- deyə vəkil Əsabəli Mustafayev bildirib.

DİGƏR XƏBƏRLƏR

Top