Azərbaycanda təcili tibbi yardım maşını radara düşdü–FOTO-VİDEO

Xəstənin həyatını xilas etmək üçün təcili yardım maşınını bərk sürərərk radara düşdü. Nəticədə ona sürət həddini aşdığına görə 310 manatlıq cərimə protokolu gəlib. Hadisə Ağdaş Rayon Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Rüfət Hüseynovun başına gəlib. İdarəyə gələn protokolla cərimənin dənilməsi tələb olunur. Daha da maraqlısı odur ki, belə hadisə Rüfət Hüseynovun başına ilk dəfədir gəlmir. Rüfət Hüseynov bildirir ki, xəstəni Ağdaşdan Gəncəyə apardıqları müddətdə təcili yardım maşınının sayrışan işıqları və digər xəbərdarlıq vasitələri təlimata uyğun olaraq işlək vəziyyətdə olub.
Təcili Yardım Stansiyasının qaraj müdiri Müzəffər Zakirov belə xidməti maşınların insan həyatını xilas etmək üçün işlədiyini xatırladır. Buna görə də o aidiyyatı qurumları təcili yardım maşınlarının fəaliyyətinə dəstək olmağa çağırıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirdi ki, qanunvericiliyə görə Təcili Tibbi Yardım maşınları iş başında olarkən yol hərəkəti qaydalarının tələblərindən kənara çıxa bilərlər. Əgər həmin təcili yardım maşını sayrışan işıqlarını yandıraraq hərəkət edibsə və müəssisənin rəhbərliyi də həmin vaxt o maşının xidməti vəzifə icra etdiyini təsdiq edirsə, onda o avtomobilə gələn cərimə protokoluna xitam verilməlidir.Xezerxeber.az

Tecili yardım radar

DİGƏR XƏBƏRLƏR

Top