Oyuncaq deyil, insandır

Fotodakı bu xanım "İnsan Barbi" olaraq tanınır. "Yeniavaz.com" xəbər verir ki, Valeria Lukyanova adlı 31 yaşlı bu xanım, "İnstagram" səhifəsində paylaşdığı makiyajsız fotosu ilə izləyicilərini təəccübləndirib. "İnsan Barbi": "Makiyajsız olmaqdan utanan insanları anlaya bilmirəm. Özlərini bu şəkildə qəbul edə bilməyən bir çox insanlar var. Bu, anlaşılmayan bir durumdur",-deyə səhifəsində yazıb.

Qeyd edək ki, Valeria Lukyanova özünü barbi kuklalarına bənzətməsi ilə məşhurlaşıb. O kuklaya bənzəməsi üçün xüsusi makiyajdan istifadə edir. Valeria Lukyanova 23 avqust 1985-ci ildə Moldovada anadan olub, hazırda Ukrayna vətəndaşıdır. Bu görünüşünə görə bir neçə müsabiqədə mükafat alıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top