Siqaretin ən çox adam öldürdüyü ölkələr

Beynəlxalq alimlər kollektivi siqaretin ən çox çəkildiyi ölkələri müəyyənləşdirib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, müvafiq araşdırma “The Lancet” jurnalında dərc edilib. Araşdırmada deyilir ki, bütün dünyada 10 ölüm hadisəsindən 1-dən çoxu (yəni təqribən 6,4 milyon ölüm) siqaret çəkməyə görə baş verir. Bu ölümlərin yarısı dünyanın 4 ölkəsinin – Çin, Hindistan, ABŞ və Rusiya- payına düşür. Siqaretin ən çox çəkildiyi 5 ölkə Çin, Hindistan, İndoneziya, ABŞ və Rusiyadır. Araşdırmaya əsasən, 2015-ci ilə (alimlər məhz bu müddət ərzində mövcud məlumatları təhlil edə biliblər) olan vəziyyətə görə, dünyada 1 milyarda yaxın insan siqaret çəkir – bu, hər 4 kişidən biri və hər 20 qadından biri deməkdir.

DİGƏR XƏBƏRLƏR

Top