Bakıda toyda musiqiçinin başına butulka çırpdılar


Bakıda şadlıq evində musiqi qrupu üzvünün başına butulka çırpılıb. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Əhməd Rəcəbli küçəsi "Ordubad" şadlıq evində sintezatorda musiqi ifa edən 1991-ci il təvəllüdlü Şirinov Rəmzi Ramiz oğlu toyda iştirak edən şəxslə mübahisə edib. Sərxoş vəziyyətdə olan qonaq (hələlik adı açıqlanmır) R.Şirinovun baş nahiyəsinə şüşə butulka çırpıb. Nəticədə R.Şirinovun üz nahiyəsi kəsilib. R.Şirinov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top