Fransa münaqişə tərəflərini qarşılıqlı inamı bərpa etməyə çağırır

Fransa Qarabağ münaqişəsinin həllində həmsədr ölkə kimi Azərbaycan və Ermənistanın qarşılıqlı inamın bərpası barədə götürdüyü öhdəliklərini yerinə yetirməsinin vacibliyini bəyan edib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə Fransa Xarici işlər və beynəlxalq inkişaf nazirliyi mətbuat xidmətinin bəyanatında deyilir. Bəyanatda aprel döyüşlərindən ötən bir il ərzində Fransanın ABŞ və Rusiyadan olan həmsədr ölkələrlə birgə tərəfləri danışıqlar masası arxasında oturtmaq və problemin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etdiyi vurğulanır: "Fransa münaqişənin dinc yollarla və danışıqlar masası arxasında həll edilməsində maraqlıdır. Bu münaqişənin hərbi yolu yoxdur. Ona görə də Fransa tərəfləri 2016-cı ilin may ayının 16-da Vyanada və 2016-cı ilin iyun ayının 20-də Sankt-Peterburq sammitlərində atəşkəsə əməl edilməsi, qarşılıqlı inamın formalaşadırılması və danışıqların davam etdirilməsi barədə götürdükləri öhdliklərə əməl etməyə çağırır. Bu yaxınlarda Olland Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşlərdə də qeyd edib ki, münaqişənin dinc danışıqlar yolu ilə həlli bölgədə sabitliyə və iqtisadi inkişafa təkan verəcək".

DİGƏR XƏBƏRLƏR

Top