Peterburqda yaşayış evində partlayıcı zərərsizləşdirildi

Mütəxəssislər Sankt-Peterburq şəhərində yaşayış evlərinin birində partlayıcı qurğunu zərərsizləşdiriblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayıcı qurğunu yerləşdirməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb, onlar saxlanılarkən müqavimət göstərməyiblər. Sakinlər üçün hazırda təhlükə yoxdur. Təhlükəli əşya səhər saat 05:00 radələrində tapılıb. Binada qismən qaz təchizatı dayandırılıb. Bina sakinləri təxliyyə edilərək uşaq bağçasında yerləşdirilib. Şahidlərin sözlərinə görə, binadan əli qandallı 3 kişi çıxarılıb.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 14 nəfər həlak olub, 50 nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top