Təcili Yardım maşınlarına cərimə yazılmalıdırmı? - Rəsmi açıqlama

“Təcili Tibbi Yardım çağırışa gedərkən və ya çağırışdan kənar baş verən qayda pozuntusu araşdırılmalıdır.”

"Yeniavaz.com" xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevdən çağırışa gedən Təcili Tibbi Yardım avtomobillərinin cərimələnməsinə münasibətində deyib.

Onun sözlərinə görə, qayda pozuntusu iş vaxtı baş veribsə, inzibati xəta haqqında protokollara xitam verilir.

Kamran Əliyev qeyd edib ki, sürücünün yolda müəyyən edilmiş sürət həddini aşması qeydiyyata alınır:

"Həmin zaman nəqliyyat vasitəsinin əsl sahibi haqqında elektron protokol tərtib olunur. Həmin protokol Ağdaş rayon Təcili Tibbi Yardım Stansiyasına göndərilib".

Ağdaşdan Bakıya gələn Təcili Tibbi Yardımın sürücüsü Yol Polisi tərəfindən 310 manat cərimələnib. Sürücü isə həmin cərimənin xəstəxana rəhbərliyinin göstərişinə görə onların maaşından tutulduğunu deyib.

DİGƏR XƏBƏRLƏR

Top