Neçə nəfər I sinfə getmək istəyir?

Aprelin 5-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 35 000-ə yaxın sorğu yerləşdirilib. Onlardan 31 825-i ümumi təhsil məktəblərini, 3 058-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top