Almaniya ordusu yeni qoşun növünü təqdim etdi

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen ölkə ordusunda yeni qoşun növünü təqdim edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, nazir qeyd edib ki, yeni qoşun növü informasiya təhlükəsizliyinin və kiber təhlükəsizliyin təmin edilməsi üzrə ixtisaslaşıb. U. fon der Lyayen əlavə edib ki, Almaniya ordusunun kiber məkanda fəaliyyət imkanları və sərhədlərini ölkə parlamentinin təsdiq etdiyi mandat müəyyənləşdirəcək: “Bu ilin ilk iki ayında orduya qarşı 280 mindən çox kiber hücum olub. Yeni qoşun növünün şəxsi heyətinin sayı təqribən 13,5 min hərbçi və mülki mütəxəssisdən ibarət olacaq. Kiber bölmələr ordunun idarəetmə sistemləri və şəbəkələrini, əsas infrastruktur obyektləri qoruyacaq, ehtiyac olarsa, kiber əməliyyatlar aparacaq”.

DİGƏR XƏBƏRLƏR

Top