Mosul əməliyyatı rəqəmlərdə: 400 min qaçqın, 300 sakinin ölümü

İraq hökumət qoşunlarının Mosulu İŞİD terror qruplaşmasından azad edilməsi üzrə əməliyyata başlamasından etibarən 400 mindən çox insan şəhərin qərb hissəsindəki evlərini tərk edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Mosul administrasiyasının rəhbəri Hüseyn Hacim deyib. Onun sözlərinə görə, İraq qoşunları 2016-cı ilin oktyabrında əməliyyatın başlamasından bu günədək 5 minədək İŞİD terrorçusunu məhv edib. H. Hacim qeyd edib ki, Mosulun qərbində əməliyyatlar zamanı 300 dinc sakin həlak olub: “2016-cı ilin oktyabrında Mosulun azad edilməsi üzrə əməliyyatın başlamasından bəri ölən və yaralanan mülki şəxslərin sayı 500 nəfərə çatır”.

Xatırladaq ki, İraq ordusunun hesablamalarına görə, Mosulun qərb ərazisinin 60 faizindən çoxu İŞİD-dən azad edilib. Şəhərin şərq hissəsi isə 2016-cı ilin oktyabrında başlamış əməliyyat zamanı tam azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top