Ceyhan limanından dünya bazarlarına çıxarılan neft azalıb

Bu ilin mart ayı ərzində 1 milyon 731 min 455 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "Yeniavaz.com" SOCAR-dan verilən məlumata istinadən bildirir ki, bu, ötən ilin mart ayı ilə müqayisədə 872 min 757 ton və ya 33,51% azdır. Bu həcmin 1 milyon 94 min 695 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 milyon 863 min 177 ton təşkil edib ki, bu da 2016-cı ilin 3 ayı ilə müqayisədə 1 milyon 975 min 268 ton və ya 25,20% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il aprel ayının 1-nə qədər Ceyhan limanından 325 milyon 697 min 776 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

DİGƏR XƏBƏRLƏR

Top