Meyxanaçı Kərimin beyninə qan sızdı

Məşhur meyxanaçı Kərimin (Kərim Novruzov) beyninə qəfil qan sızıb. Bu barədə meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, meyxanaçı Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir". Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinin müdiri Vüqar Abdulkərimov bildirib ki, meyxanaçı hazırda həqiqətən də xəstəxananın reanimasiya şöbəsindədir: "Kərim Novruzov insult keçirib. Xəstəxanaya gələndəki vəziyyəti ilə indiki durumu arasında müsbətə doğru irəliləyiş var". V.Əbdülkərimovun sözlərinə görə, K.Novruzovun əməliyyat olunması gözlənilmir. Qeyd edək ki, K.Novruzov 1964-cü ildə Maştağada anadan olub. unikal.org

DİGƏR XƏBƏRLƏR

Top