Rusiyada yoxsulların sayı 300 min artıb

2016-cı ildə Rusiyada yoxsulların sayı 300 min nəfər artaraq, 19,8 milyon nəfərə çatıb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Statistika Komitəsinin məlumatında deyilir. 2015-ci ildə bu rəqəm 19,5 milyon olub (ilhaq edilmiş Krım və Sevastopol daxil olmaqla). 2014-cü ildə Rusiyada yoxsulların sayı 16,1 milyon, 2013-cü ildə 15,5 milyon, 2012-ci ildə 15,4 milyon, 2011-ci ildə 17,9 milyon, 2010-cu ildə 17,7 milyon, 2009-cu ildə 18,4 milyon, 2008-ci ildə 19,0 milyon, 2007-ci ildə 18,8 milyon, 2006-cı ildə isə 21,6 milyon nəfər təşkil edib. 2016-cı ildə Rusiyada yoxsulluğun səviyyəsi 13,5 faiz olub. Bu göstərici 2015-ci ildə 13,5 faizə bərabər olub. Ötən ilin IV rübündə Rusiyada yaşayış minimumu ayda adambaşına 9 691 rubl təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top