"Ermənistan seçkilərdən sonra müstəqilliyini tam şəkildə itirdi"

Ermənistanda keçirilən parlament seçkiləri və yeni hökumətin formalaşdırılması məsələsi poitoloqlar və ekspertlər arasında fərqli fikirlərin ortaya çıxmasına səbəb olub. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, tanınmış ekspert Aşot Yeqiazaryan mətbuata açıqlamasında Ermənistanın müstəqil dövlət olmadığını söyləyib: "Biz Ermənistan parlamentinə millət vəkillərinin hansı yollarla seçildiyini yaxşı bilirik. Bu da onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil. Əgər son parlament seçkilərinə kimi biz Ermənistanın müstəqilliyinin böyük hissəsini itirdiyini deyə bilirdiksə, indi artıq bu da yoxdur. Ermənistan seçkilərdən sonra müstəqilliyini tam şəkildə itirdi. Bunun da nəticəsidir ki, Ermənistanın hazırda iqtisadi baxımdan inkişaf etmək üçün iqtisadiyyatı yoxdur və o Rusiyanın bir hissəsinə çevrilib. Bu da onu göstərir ki, Ermənistan Rusiyadan aldığı pay hesabına yaşamaqda davam edəcək".

Ekspert Ermənistan iqtisadiyyatının hər hansı inkişaf perspektivinə malik olmadığını, Qarabağ probleminin həl edilməməsi nəticəsində əhalinin sosial vəziyyətinin daha da ağırlaşacağını və Rusiyanın da bundan öz maraqlarına uyğun şəkildə istifadə edəcəyini xüsusi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top