Fransadan “Beşiktaş”a rədd cavabı verildi

Fransa Futbol Federasiyası (FFF)“Beşiktaş” futbol klubunun prezidenti Fikrət Orman və baş məşqçisi Şenol Günəşə bu axşam keçiriləcək “Metz” – “Lion” matçını tribunadan baxmalarına icazə verməyib. “Yeniavaz.com”un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, qarşıdakı həftə UEFA Avropa Liqasının 1/4 final mərhələsində “Lion”la qarşılaşacaq “Beşiktaş”ın baş məşqçisi rəqib komandanı yerində izləmək üçün F. Ormanla Fransaya getmək istəyib. Ancaq FFF-ya rəsmi sorğu göndərən “Beşiktaş” klubu rədd cavabı alıb. FFF “Metz”-“Lion” matçının cəza səbəbilə azarkeşsiz oynanacağını əsas gətirərək kənardan heç kəsin stadiona girə bilməyəcəyini bəyan edib. Hərçənd, “Lion” nümayəndələri “Beşiktaş”ın 3 matçını tribunadan izlədiyi və Türkiyə Futbol Federasiyası ilə klub rəhbərliyinin buna heç bir maneə törətmədiyi məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top