Erməni ombudsman Azərbaycandan AŞ Baş katibinə şikayət edib

Strasburqda səfərdə olan Ermənistanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Arman Tatoyan Avropa Şurasının Baş katibi Turbern Yaqlandla görüşdə parlament seçkilərinin nəticələri barədə ona məlumat verib. "Yeniavaz.com"un panorama.am-a istinadən verdiyi məlumata görə,Tatoyan son illər Ermənistandan olan yüksək vəzifləri emissarların beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində olduğu kimi Azərbaycandan baş katibə şikayət edib. Yaqlanda Azərbaycanın ermənilərə qarşı "təcavüz"ündən şikayətlənən Tatoyan ölkəmizi beynəlxaql ekspertlərə münasibətdə təhdid və şantaj siyasəti yeritməkdə "günahlandırıb". O iddia edib ki, Azərbaycan Qarabağa səfər edən xarici ekspertləri qara siyahıya salmaqla heç nəyə nail ola bilməyəcək. Tatoyan həmçinin beynəlxalq aləm tərəfindən tanınmayan qondarma DQR-in ombudsmanı Ruben Məlikyanı Yaqlanda təqdim edərək ondan sonuncunu separatçı rejimin yeganə təmsilçisi kimi tanımasını və beynəlxalq görüşlərdə iştirakına şərait yaratmasını xahiş edib.

DİGƏR XƏBƏRLƏR

Top