12 mənzilin girişindən su sayğaclarını oğurladılar

Su sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Yusif Şahbazov və Mehman Əliyev tutulublar. Daxili İşlər Nazirliyinin məlumatına görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birinin su sayğacını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Yusif Şahbazov və əvvəllər məhkum olunmuş Mehman Əliyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların daha 12 mənzilin girişindən su sayğacları oğurlamaları da müəyyən edilib.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top