Yunanıstandan türk qırıcılarına qarşı aqressiya

Yunanıstanın qırıcı təyyarələri tərəfindən Egey dənizinin beynəlxalq hava məkanında təlim uçuşu həyata keçirən Türkiyənin iki F-16 qırıcı təyyarəsinin radar sistemi bağlanıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yunan qırıcılarının bu aqressiyası 19 dəqiqə 8 saniyə davam edib. Radar sistemi Yunanıstan F-16 qırıcıları tərəfindən bağlanıb. Türkiyə Silahlı Qüvvələrinin məlumatında deyilir ki, buna lazımi reaksiya göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top