Kolumbiyada daşqınlar nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb

Kolumbiyada baş verən sel daşqınları nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb. "RİA Novosti” xəbər verir ki, hadisə Putumayo departamentində baş verib. Məlumata əsasən, ölənlərdən 186 nəfərin kimliyi müəyyən edilib. Onlardan 144-ü yeniyetmədir. Təbii fəlakət zamanı 332 nəfər xəsarət alıb. Şəhərin içməli su ilə təminatında problemlər yaşanır, evlərin 80 faizi işıqsız qalıb. Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.Xezerxeber

DİGƏR XƏBƏRLƏR

Top