Dünyanın ən böyük çəhrayı almazı 71 milyon dollara satıldı

"Çəhrayı ulduz” kimi tanınan 59.60 karatlıq nadir almaz Honqkonqda təşkil edilən hərracda 71 milyon dollara satılıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, dünyanın ən böyük çəhrayı almazı hərracda satılan dəyərli qiymətli daş-qaş oldu. Almazı Honqkonqdakı ləl-cəvahirat mağazası satın alıb. “Sothebys” hərrac şirkəti hərracın 5 dəqiqə davam etdiyini bildirib. Eyni almaz 2013-cü ildə Cenevrədə 83 milyon dollara satılmışdı, ancaq alıcı pulu ödəyə bilməmişdi. Ən bahalı almaz rekordu ötən il may ayında 50 milyon dollara satılan “Oppenheimer Blue” adlı daş-qaşa aid olub.

DİGƏR XƏBƏRLƏR

Top