Qadın həyat yoldaşının ikinci arvadı tərəfindən döyülüb - AĞDAMDA

Ağdamda qadın həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyülüb. Hadisə köçkünlər üçün salınmış “Dördyol-1” qəsəbəsində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qəsəbə sakini 1976-cı il təvəllüdlü Məmmədova İlhamə Mehman qızı həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyüldüyünü bildirib. Xəstəxanadan verilən məlumata görə, İ. Məmmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub həyati təhlükəsi yoxdur.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma başlanıb.apa

DİGƏR XƏBƏRLƏR

Top