Film 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən 4 günlük gərginlik zamanı şəhid düşən kapitan İnqlab Quliyevə həsr olunub. Filmin numayişində rəsmi qonaqlarla yanaşı ,şəhidin ailə üzvləri və yaxınları ,ictimayyət nümayəndələri iştirak ediblər. 66 dəqiqə sürən filmdə şəhid zabitin həyatı, igidliyi və şücaətindən bəhs olunub.Tədbirdə iştirak edən şəhidin atası Çingiz Quliyev bildirib ki, İnqilab və onunla bərabər Azərbaycan uğrunda şəhid olanların hamısı öz həyatları ilə gəncliyimizə qəhrəmanlığı öyrətdilər. Çingiz Quliyev filmin ərsəyə gəlməsində əziyyət çəkən hər bir kəsə təşəkkürünü bildirib. Şəhidin ailə üzvlərinin, yaxın qohumlarının, müəllimlərinin və sinif yoldaşlarının müsahibələrinin də yer aldığı filmin çəkilişləri Gəncə şəhəri və Beyləqan rayonunda aparılıb. Sənədli film "ASAN" Xidmətin Gəncə Regional bölməsi və ARB Kəpəz kanalının birgə istehsalıdır. Layihənin rəhbəri Elnur Şabahzadədir. Ssenari müəllifi Gülnar Fazilqızı olan ekran əsərinin redaktə işi Zülfiyyə Telmanqızına məxsusdur. Filmin montaj rejissoru Rəhim Hətəmov, quruluşçu operatorları Pərvin Məmmədov, Fərrux Qafarov və Elçin Rəhimoğludur. Yaradıcı heyətdə eyni zamanda qrafist-dizayner Səxavət Abdıyev və müxbir Fidan Muradlı da yer alıb. Sənədli filmi Ceyhun Əli səsləndirib. Çəkilişləri fasilələrlə 5, montaj və qrafika işi isə 2 ay davam edən film 7 aya ərsəyə gəlib. Ekran əsəri Gəncədən əvvəl Bakıda, Nizami Kino Mərkəzində təqdim edilib.
Vüqar Nəbiyev Gəncə