Aslan Abaşidze Gürcüstana qayıdır?

Acarıstan Ali Sovetinin keçmiş sədri Aslan Abaşidze yenidən Gürcüstana qayıda bilər. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, buna səbəb Abazidze ilə bağlı məhkəmə qərarına yenidən baxılmasıdır. Bu qərara əsasən Abaşidzenin günahı yüngülləşdirilir və beləliklə onun yenidən Acarıstana qayıtmasına imkan yaradılır. Xatırladaq ki, SSRİ dağılandan sonra uzun müddət Gürcüstanın tərkibində de-fakto müstəqilliyini qoruyub saxlamağı bacaran Abaşidzenin rəhbərlik etdyi Acarıstan Saaakşvilinin dövründə hücumla ələ keçirildi. Nəticədə Abaşidze Rusiyaya qaçmağa məcbur oldu. Abaşidzenin Rusiyaya qaçmasından sonra ona qarşı müxalifətdə olan Milli Hərəkat təşkilatının lideri Nodar İmnadzeni öldürməsi barədə cinayət işi açıldı, Abaşidze qiyabi olaraq 12 il həbs cəzasına məhkum edildi. Lakin məhkəmə bu işə yenidən baxaraq Abaşidzeninin İmnadzeni özünü müdafiə məqsədi ilə öldürdüyü barədə hökm çıxarıb. Yeni hökmə əsasən Abaşidzenin 12 illik həbs cəzası 3 il müddətinə endirilib. Abaşidzenin cəzasının yüngülləşdirilməsi isə ölkəni idarə edənlər tərəfindən onun yenidən Acarıstana qayıtmasına imkan yaradılması məqsədi ilə edildiyi ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top