Ermənistan parlamentində müxalifəti "Çıxış" bloku təmsil edəcək

Ermənistan parlamentində yeganə müxalifət gücü "Çıxış" ("Vıxod") bloku olacaq. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Kafkaz institutu direktorunun müavini politoloq Sergey Minasyan deyib. Onun sözlərinə görə, parlamentdə təmsil olunan "Sarukyan" bloku isə konstruktiv müxalifət funksiyasını həyata keçirəcək: "Sarukyanın ölkənin siyasi arenasına yenidən qayıtması onun iqtidarda olanlarla keçirdiyi görüşlərdən sonra baş tutub. Onun bəzi məsələlərə münasibətdə iqtidarda olanlarla razılığa gəldiyi şübhə doğurmur. Bununla belə indiki vəziyyətdə "Çıxış"bloku parlamentdə əsas müxalifət bloku olaraq qalmaqda davam edəcək"

Onu da deyək ki, parlament seçkilərində "Çıxış" bloku 7,77, "Sarukyan" bloku isə 27,32 faiz səs toplayıb. Xatırladaq ki, "Çıxış" bloku İşıqlı Ermənistan, Respublika və Vətəndaş Müqaviləsi partiyalarının iştirakı ilə yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top