Metro terrorunda yaralanan azərbaycanlı qız həlak olub

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında bir azərbaycanlının olduğu məlum olub.

Bu, 20 yaşlı Əliyeva Dilbarədir.

D.Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub.

Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş vermiş partlayışda 28 yaşlı azərbaycanlı Zaur Vəliyev ağır yaralanıb.Diaspor.az

DİGƏR XƏBƏRLƏR

Top