İstanbulda partlayış törətmək istəyən 4 nəfər tutulub

İstanbulun Küçükçekmece rayonunda hüquq-mühafizə orqanlarının keçirdiyi anti-terror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 4 üzvü tutulub. “Haber7” xəbər verir ki, onlar İstanbulun müxtəlif yerlərində silahlı hücumlar təşkil etməyi, “Molotov kokteylləri” ilə partlayışlar törətməyi planlaşdırırmış. Məlumata görə, saxlanılan şübhəlilərin əvvəllər müxtəlif silahlı hücumlarda iştirak etdikləri müəyyənləşib.Report

DİGƏR XƏBƏRLƏR

Top