Göyçayda ilanlar evlərə hücum edib-VİDEO

Göyçay rayonunun Bığır kəndində ilanlar evlərə hücum edib. Əhmədovlar ailəsinin üzvləri evin içərisinə soxulan ilanlardan 4-ünü öldürüblər.

Digər ilanları isə zərərləşdirmək mümkün olmayıb. Kəmalə Əhmədova deyir ki, evə daxil olan ilanların uzunluğu təxminən 1 - 1,5 metrə çatır.

Göyçay rayon baytarlıq idarəsinin rəisi Ağadadaş Hacıyev də hadisədən xəbərdar olduqlarını bildirir. Onun sözlərinə görə əvvəllər Bığır kənd ərazisində ilanlara az rast gəlinirdi. Rayonun baş baytarı ərazidə dərmanlama işərinin aparılmasını vacib hesab edir. Bildirək ki, havalar istiləşdikcə ilanlar aktivləşir. Göyçayda da hər il ilan sancma ilə bağlı bəzi sakinlər xəstəxanaya müraciət edir.ARBTV

İlanlar

DİGƏR XƏBƏRLƏR

Top