Fidel Kastronun dəfn mərasiminin tarixi məlum olub


Kuba inqilabının lideri Fidel Kastronun dəfn mərasimi dekabrın 4-nə təyin edilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, dəfn mərasimi Santyaqo de Kuba şəhərində baş tutacaq. Bu arada Kuba hakimiyyəti F. Kastronun ölümü ilə əlaqədar ölkədə 9 günlük milli matəm elan edib. Matəm şənbə günü başlayacaq və dekabrın 4-də başa çatacaq. Xatırladaq ki, F. Kastro bu gün 90 yaşında vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top