Putin partlayışın baş verdiyi metro stansiyasının yanından keçməli idi

Sankt-Peterburq şəhərinin metro stansiyalarında baş verən terror aktları Rusiya prezidenti Vladimir Putin şəhərdə olarkən baş verib. “Yeniavaz.com”un “Moskovskiy komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, V. Putinin daha əvvəl planlaşdırılmış marşrutu partlayışların birinin baş verdiyi “Texnologiçeskiy institut” (“Texnoloji institute”) metro staniyasının yanından keçməli idi. Adətən Kreml V. Putinin iştirakı ilə tədbirləri xeyli əvvəl anons etmir. Lakin iriqmiqyaslı tədbirlərdə isə vəziyyət fərqli olur, çünki tədbir barədə məlumatlı olanlar çoxluq təşkil edir. Bu gün V. Putinin Sankt-Peterburqda Ümumrusiya Xalq Cəbhəsinin Mediaforumuna qatılacağı iki həftə əvvəl məlum olub. Plana əsasən, V. Putin forum başa çatdıqdan sonra partlayışın baş verdiyi metro stansiyasının yanından keçməklə Rusiya Coğrafiya Cəmiyyətinin mənzil-qərargahına baş çəkməli idi. Lakin Belarus prezidenti Aleksandr Lukaşenkonun səfərinə görə bu tədbir təxirə salınıb.

Xatırladaq ki, bu gün Sankt-Peterburqun “Sennaya ploşad” (“Ot sahəsi” və “Texnologiçeskiy universitet” (“Texnoloji universitet”) metro stansiyalarında baş vermiş iki partlayış nəticəsində ilkin məlumata görə, 10 nəfər ölüb, təqribən 50 nəfər isə xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top