"Bakıda növbəti yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsünə başlanılıb"

"Bakı şəhəri ərazisində söküntü və yenidən qurma işləri davam etməkdədir. Nərimanov rayonu Faiq Yusifov 10, Nazim Hacıyev 18, 20, 22 və 22 a ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsünə başlanılıb". "Yeniavaz.com" saytı İnsan Hüquqları İnstitutuna əsasən bildirir ki, sözügedən ərazidə 9 mərtəbəli yaşayış binalarının inşası nəzərdə tutulub, işin icraçısı isə Nərimanov Rayon İcra Hakimiyyəti və "İnkişaf-S" MMC müəyyən edilib: "Artıq Faiq Yusifov küçəsi 10 ünvanında yerləşən mənzillər tamamilə sökülüb. Vətəndaşlara 18-24 ay ərzində həmin ünvanda binanın inşa işlərinin başa çatdırılaraq vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub, bu müddət ərzində isə onlara hazırda sahib olduqları mənzillərin ərazisinə uyğun olaraq 200-400 manat arası kirayə haqqı verilir. Lakin yuxarıda qeyd etdiyimiz digər ünvanlarda yerləşən mənzillərin sahibləri ilə hələ ki razılıq əldə olunmayıb. Səbəb isə yaşayış binasının inşasına məsul olan orqanlar ilə vətəndaşlar arasında müqavilələrin notarial qaydada tərtib olunmamasıdır".

Təşkilat bildirir ki, vətəndaşlar isə mülki hüquqları ilə bağlı gələcəkdə yarana biləcək problemlərdən dolayı narahatçılıq hissi keçirdiklərindən bu məsələ hələ ki öz həllini tapmayıb: "Hazırda Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən, Tələt Şıxəliyev, Əliəşrəf Əlizadə, Qarabağ, Əhmədbəy Ağaoğlu və Əbdüləzəl Dəmirçizadə küçələrində yerləşən 1-3 mərtəbəli yaşayış obyektlərinin, habelə Təbriz küçəsi 114 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının söküntüsü nəzərdə tutulur. Bu haqda məlumat hələ ötən ilin birinci yarısında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev tərəfindən ictimaiyyətə verərək, 11 min 31 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsinin planlaşdırıldığını bildirib. Daha sonra isə ötən ilin dekabr ayında Azərbaycan Respublikası Nazirlər Kabinetini 25 fevral 2016-ci il tarix 86 saylı qərarı verib, müəyyən səbəblərdən bu qərarın icrası xeyli ləng icra olunmağa başlayıb. Bununla yanaşı, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 130 ünvanında yerləşən, daha əvvəllər ailə yataqxanası kimi fəaliyyət göstərmiş 5 mərtəbəli binanın da sökülməsi ilə bağlı sakinlərlə danışıqlara başlanılıb. Bina sakinləri ilə görüşümüz zamanı məlum olub ki, onların hazırda yaşadıqları mənzillərə kompensasiya olaraq, Xırdalan şəhərində mənzil təklif olunur. Bəhs etdiyimiz hər iki tikilinin sökülməsi planlanan ərazi Bakı şəhərinin mərkəz ərazilərindən hesab olunur".

DİGƏR XƏBƏRLƏR

Top